Xarici turistlər Qarabağa avtomobillə səfər edə biləcək

Bölmə: Dünya › ,
Tarix: 21:54 21.07.2025

Azərbaycan son illər işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və mədəni məkanına inteqrasiyası istiqamətində addımlar atır. Növbəti mühüm addım isə xarici vətəndaşların avtomobillə Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndiyə səfərinə icazə verilməsidir.

 

İcazə almaq üçün yolumuzgarabaga.az portalı vasitəsilə müraciət etmək mümkündür. Bu, həm qısa müddətli səfərlər, həm də müvəqqəti və daimi yaşama icazəsi olan şəxslərə şamil edilir. 9 nəfərə qədər qrup üçün bir icazə kifayətdir.

 

Eyni zamanda təhlükəsizlik məsələlərinə diqqət davam etdirilir və portalda mina təhlükəsinə dair məlumatlar təqdim olunur. Hotellərdə rezervasiya edən turistlər üçün icazə avtomatik verilir. Bu təşəbbüs həm turizm sektorunun, həm də yerli iqtisadiyyatın inkişafına təkan vermək məqsədi daşıyır.


Caliber

Billurə Quliyeva