Putin Kurska bu generalı rəis göndərib

Bölmə: Dünya › ,
Tarix: 22:25 21.07.2025

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn Teleqram kanalında məlumat yayıb.


"Rusiya prezidentinin sərəncamı ilə polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib. Bu günə qədər o, Samara vilayəti üzrə Rusiya Mühafizə İdarəsinə rəhbərlik edib", - o yazıb.