ƏHD Partiyasının sədri təltif olunan mətbuat nümayəndələrini təbrik edib

Tarix: 22:42 21.07.2025
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev milli mətbuatın 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən təltif olunan media mənsublarını təbrik edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş bütün jurnalistləri təbrik edirəm. Əlbəttə, imzası tanınan, sözünün çəkisi olan və təltif olunmağa layiq çoxsaylı jurnalist dostlar bu dəfə təltif olunanlar siyahısına düşməsələr də, əminəm ki, onların da yaradıcılığı, zəhməti və xidməti gələcəkdə layiqincə qiymətləndiriləcək. Bütün jurnalistlərə yaradıcılıq uğurları arzu edir, bir daha onları təbrik edirəm".