Moskvada dörd azərbaycanlı saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 22:43 21.07.2025

Moskvada Azərbaycan əsilli 4 Rusiya vətəndaşı saxlanılıb.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, həmin şəxslər miqrantların qanunsuz leqallaşdırılmasında ittiham olunurlar.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər min nəfərdən çox əcnəbi üçün saxta sənədlər hazırlayaraq 2 milyon rubldan çox gəlir əldə ediblər.

 

Paytaxt regionunda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində aparılan əməliyyat zamanı saxta miqrasiya kartları və iş patentləri istehsal edən iki gizli laboratoriyanın ləğv edildiyi iddia olunur.


Bildirilir ki, hadisə yerlərindən çap avadanlığı, müştəri məlumat bazaları, təşkilatların saxta möhürləri və Mərkəzi Asiya ölkələri vətəndaşlarının pasportları müsadirə edilib.