Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib

Bölmə: Dünya › ,
Tarix: 15:29 23.07.2025

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

 

Məlumata görə, Yunanıstan hakimiyyəti sığınacaq statusunun ləğvi və "cinayət şəbəkələrində iştirak edən" Türkiyə vətəndaşlarının deportasiyası prosesini sürətləndirib. İddiaya əsasən, Yunanıstanda Türk mafiyasının fəallığının artması hakimiyyət orqanlarını təşvişə salıb. Miqrasiya və Sığınacaq Nazirliyi ilə Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, hazırda Yunanıstana qaçqın kimi gələn yüzlərlə Türkiyə vətəndaşına qarşı "cinayət işlərinə qarışmaq" iddiası qaldırılıb. Yunanıstan hakimiyyəti onların beynəlxalq müdafiə statusunu kütləvi şəkildə ləğv etmək və sonradan deportasiya proseslərinə başlamaq niyyətindədir.