İranda İsraillə əlaqədə şübhəli bilinən iki minə yaxın şəxs həbs edilib

Tarix: 16:04 23.07.2025
İranda 12 günlük müharibə zamanı və sonra İsraillə əlaqədə şübhəli bilinən iki min nəfər həbs edilib.
“İnformator.az" İRNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei müsahibəsində bildirib.
O vurğulayıb ki, onların çoxu casus olmadıqları və İsraillə əməkdaşlıq etmədikləri üçün azad ediliblər.