Fransa Rusiyaya qarşı 19-cu sanksiya paketinin tezliklə tətbiq edilməsini dəstəkləyir

Tarix: 16:13 23.07.2025
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi "mümkün qədər tez" qəbul ediləcək.
“İnformator.az" ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Addad bildirib.
"Tərəfdaşlarımızla işləməliyik. Biz bir-birinin ardınca 17-ci və 18-ci Aİ sanksiya paketlərini əsasən Fransanın fəal mövqeyi sayəsində qəbul etdik", - o qeyd edib. B.Addadın sözlərinə görə, məqsəd Rusiyaya maksimum təzyiq göstərmək və xüsusilə enerji sahəsində onun resurslarını tükətməkdir. Daha əvvəl xarici işlər naziri Jan Noel Barro “France Inter”ə bildirib ki, Fransa Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayacaq. O bildirib ki, artıq komandalarına daha sərt sanksiya paketi hazırlamağı tapşırıb.