Trampın "çevriliş" ittihamına cavab

Tarix: 16:25 23.07.2025
ABŞ-nin sabiq prezidenti Barak Obamanın ofisi, Donald Trampın ona qarşı səsləndirdiyi xəyanət və çevriliş ittihamlarına cavab verib. Açıqlamada Trampın bu ittihamlarının mənasız olduğu və diqqəti başqa istiqamətə yönəltmək məqsədi daşıdığı bildirilib.
ABŞ-nin sabiq prezidenti Barak Obama, prezident Donald Trampın ona qarşı irəli sürdüyü “xəyanət” və “çevriliş” ittihamlarına ofisi vasitəsilə cavab verib. Obamanın ofisinin yaydığı açıqlamada qeyd olunub ki, ABŞ Milli Kəşfiyyat Direktorluğu tərəfindən dərc edilən sənəd Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışdığını, lakin səsləri manipulyasiya edə bilmədiyini təsdiqləyən ümumi qənaətin qüvvədə qalmasını dəyişmir.
Açıqlamada deyilir: “Keçən həftə yayımlanan sənəddə Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə çalışdığı, lakin səsləri dəyişməkdə uğur qazana bilmədiyi barədə geniş yayılmış qənaəti təkzib edən heç bir dəlil yoxdur".
Trampın bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı Obama-ya ünvanladığı ağır ittihamlara da toxunulan açıqlamada isə bildirilir: “Bu qəribə ittihamlar həm mənasızdır, həm də diqqəti yayındırmaq üçün göstərilən zəif cəhddir".
Haberler.com
Aygün Babayeva