İsrail və Suriya danışıqlar masasına oturub
.jpg)
Tarix: 16:25 23.07.2025
ABŞ mətbuatı yazır ki, İsrail ilə Suriya arasında keçiriləcək görüşə ABŞ vasitəçilik edəcək. Bildirilir ki, ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrackın rəhbərlik edəcəyi görüşün cümə axşamı baş tutması gözlənilib.
Xəbərə görə, toplantıya ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack rəhbərlik edəcək. Görüşün harada keçiriləcəyi barədə isə hələlik məlumat yoxdur.
Axiosa danışan israilli rəsmilərdən biri, hazırda vəziyyətin nisbətən sakit olduğunu, lakin iki ölkə arasında genişmiqyaslı razılaşma əldə edilmədən əsas məsələlərin həllinin mümkün olmadığını bildirib.
13 iyulda Süveyda bölgəsində bədəvi ərəblərlə bəzi druz qrupları arasında silahlı toqquşmalar başlayıb. Müdaxiləyə gələn Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb. Genişlənən qarşıdurmalar atəşkəslə dayandırılıb. Lakin Hikmət əl-Hecriyə bağlı druz qüvvələri atəşkəsi pozub.
İsrail ordusu 16 iyulda Suriya Prezident sarayı, Baş Qərargah və Müdafiə Nazirliyini vurub. Suriya ordusu Süveydadan geri çəkilərkən Hecri qruplaşması bədəvi ailələri köçürməyə və edamlara başlayıb. Xaricdən minlərlə tayfa döyüşçüsü bədəvi ərəblərə dəstək üçün gəlib.
Suriya hökuməti 19 iyulda təhlükəsizlik qüvvələrini yenidən Süveyda bölgəsində yerləşdirməyə başlayaraq bədəvi və tayfa döyüşçülərinin şəhərdən çıxmasını təmin edib. 13 iyuldan bəri yüzlərlə silahlı və ya mülki şəxsin öldüyü, bu sayın daha yüksək ola biləcəyi ehtimal olunub.
Haberler.com
Aygün Babayeva