Tramp BRİKS-i Amerika əleyhinə qurum adlandırıb

Tarix: 22:49 30.07.2025
BRİKS birliyi Amerika əleyhinədir və ABŞ dollarına qarşı fəaliyyət göstərir.
"İnformator.az" xəbər verir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp belə deyib.
O bildirib: "BRICS mahiyyətcə ABŞ-a qarşı olan ölkələrdən ibarət qrupdur".
Qeyd edək ki, BRİKS ölkələrinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.