Suriyanın müdafiə naziri Moskvada səfərdədir

Bölmə: Dünya › ,
Tarix: 16:09 31.07.2025

Suriyanın müdafiə naziri Murxaf Abu Kasra Rusiyaya rəsmi səfərə gedib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

 

"Suriyanın müdafiə naziri general Murxaf Abu Kasra Moskvaya rəsmi səfərə gəlib. O, burada rusiyalı həmkarı Andrey Belousovla görüşəcək və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcək", - agentlik yazır. Qeyd edək ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani də Moskvada səfərdədir.