Rusiya Ukraynanın itkilərini yeniləyib-1254-cü gün

Bölmə: Dünya › ,
Tarix: 18:12 31.07.2025

Rusiya müharibənin 1254-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 73 691 PUA-sı, 624 zenit-raket kompleksi, 24 395 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 031 artilleriya və minaatanı, 38 946 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.