Nurlan İsmayılbəyli: Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Tarix: 16:28 30.07.2025
Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
“İnformator.az" xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir:
“Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “ÇağrıMərkəzi” ilə əlaqə yarada bilərlər”.

30 iyul 2025-ci il tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən və İAQMBİ-yə bilavasitə tabe olan sığınacağa info-tur təşkil olunub. Səfər Koalisiyanın müraciəti əsasında həyata keçirilib.