Hindistana hansı məhdudiyyətlərin olacağını açıqlayacam

Bölmə: Dünya › ,
Tarix: 23:35 30.07.2025

Rusiya ilə ticarət üçün idxal rüsumlarından əlavə Hindistana qarşı hansı əlavə tədbirlər görüləcəyini həftənin sonunda açıqlayacağıq.


"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

ABŞ-ın Hindistana hansı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi ilə bağlı suala cavabında Tramp söyləyib:


“Biz Hindistanla danışıqlar aparırıq, görəcəyik ki, nə baş verəcək. Onlara sövdələşmə və ya tariflər tətbiq etməyimiz o qədər də vacib deyil, bunu həftənin sonunda biləcəksiniz".

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib.