Ukraynanın müharibəsini maliyyələşdirməkdən bezmişik-ABŞ vitse-prezidenti JD Vance

Bölmə: Dünya › ,
Tarix: 15:02 11.08.2025

ABŞ vitse-prezidenti JD Vance, Rusiya ilə müharibəsində Ukraynaya maliyyə dəstəyini dayandırmaq və bölgədə sülh istədiklərini bildirib.


Vance, Fox News telekanalında qatıldığı proqramda Rusiya-Ukrayna müharibəsinə toxunaraq, “Ukraynanın müharibəsini maliyyələşdirməkdən bezmişik. Buna artıq sülh yolu ilə bir həll tapmaq istəyirik,” – deyib.


O, həmçinin ABŞ xalqının da vergilərinin bu müharibəyə xərclənməsindən yorulduğunu və Avropa ölkələrinin məsuliyyəti üzərinə götürməsi lazım olduğunu vurğulayıb. Vance, Böyük Britaniyaya etdiyi səfərdə də bu mövzunu gündəmə gətirdiklərini qeyd edib.


Vance əlavə edib: “Avropalılara dediyimiz çox sadə idi: Hər şeydən əvvəl bu müharibə sizin qapınızın ağzında, sizin arxa bağçanızdadır. Siz bir addım öndə olmalı və daha böyük addımlar atmalısınız. Əgər bu qarşıdurmanı bu qədər önəmsəyirsinizsə, onu daha birbaşa maliyyələşdirməyə hazır olmalısınız”.


TRT HABER
Solmaz Muradova