İngiltərədə qan testi hər üç xərçəngdən ikisini aşkar edə bildi
Bölmə: Araşdırma › ,Tarix: 20:51 07.06.2023
İngiltərədə tədqiqatçılar Milli Səhiyyə Xidməti tərəfindən idarə olunan qan testinin 50-dən çox xərçəng növünü aşkar etmək üçün vəd verdiyini bildirib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, İngiltərə və Uelsdə ailə həkimlərinə bəzi şübhəli əlamətlərlə müraciət edən 5 min insan üzərində aparılan testlər xərçəngin üçdə ikisini düzgün aşkar edib.
Test həmçinin xərçəng hallarının 85 faizində xəstəliyin əsas mənbəyini müəyyən edib.
Oksford Universitetinin tədqiqatçıları testin hələ də "inkişaf üçün açıq olduğunu" bildirirlər. Bununla belə, ekspertlər bunun xərçəng diaqnozlarının qoyulma saylarının artıracağını da ifadə edibl.