Diş fırçalama və ürək xəstəliyi riskləri arasında əlaqə ortaya çıxdı - Araşdırma

Bölmə: Araşdırma › ,
Tarix: 16:58 03.07.2023

Yaponiyada aparılan araşdırmalar göstərib ki, yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artıra bilər.

 

İnformator.az News Medical-a istinadən xəbər verir ki, ağarılan bir araşdırma nəticəsində diş fırçalama ilə ürək xəstəliyi riski arasındakı əlaqə olduğu ortaya çıxıb. Tədqiqat çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka universitet xəstəxanasında yatan xəstələr arasından təsadüfi 1675 xəstə seçilib.

 

İştirakçılar səhər və axşam olmaqla gündə iki dəfə, yalnız gecə, yalnız səhər fırçalayanlar və ümumiyyətlə, dişlərini fırçalamayanlar olaraq dörd qrupa bölüblər. Tədqiqatçılar bu əsnada iştirakçıların yaşını, cinsini və siqaret çəkmə kimi detalları də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq tarixçələri dörd müstəqil tədqiqatçı tərəfindən qeydə alınıb.

 

Sözügedən tədqiqat ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahi əməliyyat tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində fokuslanıb. Dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma nisbətlərinin heç vaxt fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olduğub görülüb.

 

Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi olduğunu və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya qoyub.

 

Qeyd edək ki, sözügedən araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.