Nüvə sazişinin pozulması Tehran hakimiyyəti ilə bağlı hansı proqnozları vəd edir?

Bölmə: Araşdırma › ,
Tarix: 22:04 04.07.2023

Böyük Britaniya və Avropanın bəzi dövlətləri İranla nüvə sazişini pozmaq niyyətindədir. 2015-ci ildən bu yana ilk dəfə sazişin pozulmasına dair planlar açıqlanıb. 

 

"The Guardian" yazır ki, Avropa İranla nüvə sazişini pozmağı planlayır. Nüvə sazişinin şərtlərinə əsasən İran uranı yalnız 3,67 faizdən artıq zənginləşdirə bilməz. Lakin indiyədək rəsmi Tehranın nüvəni 60 faizədən zənginləşdirməsi sözün əsl mənasında Avropa ölkələrinin ciddi narazılığına səbəb olub. Bundan başqa, uranın mülki məqsədlər üçün deyil, nüvə silahına çatmaq üçün istifadə edilməsi sazişin pozulmasını sürətləndirib. Siyasi analitiklər qeyd edirlər ki, İran 2015-ci ildə razılaşdırılmış sazişin şərtlərini pozmaqda davam edir.

 

Politoloq Xəqani Cəfərli deyib ki bəzi məlumatlara görə hətta 96 faizə qədər zənginləşdirdiyi haqqında məlumatlar var: “Uranın zənginləşədirilməsi isə faktiki olaraq İranın nüvə silahı əldə etməsinə yaxınlaşdırıb. İsraildə belə məlumatlar var ki, İran nüvə silahının artıq bir qarışındadır. Əvvəllər deyirdilər ki, İran nüvə silahının bir addımlığındadır, indi isə deyirlər ki, İran nüvə silahını əldə etməyin bir qarışındadır”.

 

Politoloq Oqtay Qasımov bildirib ki, Suriyadakı fəaliyyətləri, Yaxın-Orta Şərq ölkələrində bir çox ölkələrin daxili işinə qarşımaq, uzunmüddətli aksiyalar zamanı aksiya iştirakçılarının öldürülməsi, minlərlə həbsə atılan insanlar, qadın haqqlarının ciddi şəkildə pozulması, İranda yaşayan xalqların hüquqlarının kobud şəkildə pozulması və onların faktiki olaraq bütün milli hüquqlarının əllərindən alınması, Ukrayna savaşındakı rolu dünya birliyi tərəfindən qəti şəkildə pislənilir: “İranın özünün yürütdüyü aqressiv siyasət məhz Avropa ölkələrini də bu addımı atmağa vadar edir. Avropanın İranla nüvə sazişini pozması isə bu ölkəyə növbəti qadağaların tətbiqİ ilə nəticələnə bilər”.

 

Politoloq əlavə edib ki, İrana qarşı da sanksiyalar enerj daşıyıcılarının qiymətlərini qaldıra bilər: “Qərbin əsas narahatlığı bununla bağlıdır. Ona görə də İrana qarşı uzun müddət çox güzəştli mövqe tutublar. Hesab edirlər ki, İranın da nüvə proqramına görə enerji bazarından çıxarılması dünya enerji bazarında daha böyük qıtlıq yaradacaq. Və qiymətləri qaldıracaq. Qiymətlərin qalxması isə inflyasiyanı artırır”.

 

Politoloq Oqtay Qasımov: “Amerika Birləşmiş Ştatları, yaxud digər Avropa ölkələri bu sazişdən çıxarlarsa, bu o deməkdir ki, İranı qarşıdakı dövrlərdə daha ciddi sanksiyalar gözləyə bilər və bu İrandakı onsuz da ağır olan iqtisadi-sosial durumu bir az da gərginləşdirə bilər ki, bu da İranın maraqlarına cavab verməyəcək. O baxımdan, Avropa İttifaqı ölkələrinin, o cümlədən Böyük Britaniyanın bu məsələlərlə bağlı mövqeyində əgər ciddi şəkildə verilən bəyanatlara əməl ediləcəksə, bundan ən çox zərər çəkən İran olacaq”.

 

İranla nüvə sazişinin pozulması xaos və iğtişaşın tüğyan etdiyi bu ölkədə vəziyyətin daha da kritikləşməsinə gətirib çixara bilər. Bu isə xalq üsyanlarının özünü ən pik mərhələsinə çatması deməkdir.

 

Şəbnəm