Magistral hipnoz nədir? - ARAŞDIRMA

Bölmə: Araşdırma › ,
Tarix: 17:24 21.07.2023

A nöqtəsindən B nöqtəsinə maşını sürmək çox da çətin iş deyil. Bəs siz nə vaxtsa, gözlənilmədən təyinat yerinə çatmısınız və oraya necə çatdığınızı, yaxud yolda nə baş verdiyini xatırlaya bilmirsiniz?

 

Eyni istiqamətə tez-tez eyni marşrutla gedirsinizsə və ya boş bir şossedə uzun müddət avtomobil idarə edirsinizsə, bu yerdəyişmə və itirilmiş vaxt hissi ilə qarşılaşa bilərsiniz ki, bu hiss "yol(magistral) hipnozu" kimi tanınır.

 

Psixoterapevt Nataşa Dyuk magistral hipnozun niyə bizim ən yaxşılarımızla baş verə, yuxulu avtomobil sürməyin niyə onu daha da pisləşdirə biləcəyini və bunun baş verməsinin qarşısını almağın yollarını izah edir.

 

Magistral hipnoz nədir?

 

Magistral yol hipnozu avtomobil idarə edərkən itirilmiş vaxt hissi ilə xarakterizə olunur. Nə qədər sürətlə sürdüyünüz, nə qədər yaxşı idarə etdiyiniz, yol boyu gördüyünüz şeylər və keçdiyiniz yerlərin təfərrüatları qeyri-səlis və ya xatırlamaq çətin ola bilər.

 

Siz hipnozdan qurtulana qədər nə vaxt yol hipnozu keçirdiyinizi dərk etmirsiniz.

Magistral hipnoz zaman korluğu və ya əyləndiyiniz zaman vaxtın uçması fikri kimidir. Zövq aldığınız bir işin öhdəsindən gəldiyiniz zaman beyniniz avtopilot rejiminə keçir və qarşınızda olan tapşırığa hiperfokuslanır ki, siz vaxtı və ətrafınızda baş verən digər hadisələrin izini itirirsiniz. Bu davranış “prosessual yaddaş” adlanan bir şeyə əsaslanır.

 

Magistral yol hipnozu və yuxulu sürücülük fərqli anlayışlardır. Yuxulu avtomobil sürmək və ya sükan arxasında yorğun olmaq həmişə təhlükəlidir. Əgər siz yuxulu və ya yorğun deyilsinizsə. şosse hipnozu təhlükəli deyil,

 

"Əhəmiyyətli olan odur ki, gözləriniz ayıq və yoldadır", - Duke dedi, - “Avtomatik prosesləriniz bu ssenaridə baş verərsə, bu, təhlükə deyil, çünki siz hələ də müəyyən dərəcədə şüuraltı olaraq xəbərdarsınız. Ancaq bu, yuxulu olduğunuz zaman baş verərsə və bu şosse hipnozuna düşsəniz, sağlamlığınız və yolda olan digər insanların sağlamlığı üçün böyük təhlükə olacaq”.

 

Fərahim Rzazadə

Mənbə: Clivlend.org, Vikipediya