BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN SƏRHƏDÇİSİ!
Bölmə: Araşdırma › ,Tarix: 19:56 18.08.2023
Bu gün müstəqil Azərbaycanda tarixi gün - Sərhəd Qoşunları Günüdür. Bu bayramın tarixi 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunun qəbul edilməsi ilə başlayıb. Azərbaycan Sərhəd Qoşunlarının rolu müstəqilliyimiz də, azadlığımız da əvəzolunmazdır.
44 günlük Vətən müharibəsi dövründə də Sərhəd Qoşunlarımız əvəzsiz xidmət göstərdilər. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Sərhəd Qoşunlarının xidməti sayəsində Qarabağ və onun ətrafındakı ərazilər işğaldan azad olundu. Vətən oğulları gözlərini qırpmadan canlarından keçdilər. Azərbaycan düşmən üzərində zəfər qazandı.
Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub. Azərbaycan sərhədçiləri Vətən qarşısında borclarını qəhrəmancasına yerinə yetirirlər.
İnformator.az saytı bütün Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edir.
Sayad Qoşnalıyeva