"Xəstəlik insanların həyatını məhv etmədən, müəyyən edilməlidir"- MÜSAHİBƏ

Bölmə: Araşdırma › ,
Tarix: 07:52 26.08.2023

Biorezonans diaqnostika nədir və necə aparılır? Bu üsul effektlidirmi? Zərərləri varmı? Faydaları nədir? Nə zaman müraciət edilməlidir? Bu və ya digər  sualları Biorezonans mütəxəssisi Nailə xanım Əliyeva cavablandıracaq. 
-Salam Nailə xanım, sizi daha yaxından tanıyaq. 
-Adım Nailə Əliyeva. Mən biorezonans  diaqnostika üzrə mütəxəssisəm. Bakıda doğulmuşam, əslən Tovuzluyam. 
- Nailə xanım, gəlin Biorezonans diaqnostika və terapiya haqda danışaq. İnsanların bu maraq dairəsindədir, maarifləndirin bu haqda, zəhmət olmasa. 
Biorezonans nədir, nəyə xeyirdir? Hansı çihazla bütün orqanizmın diaqnostika və terapiyasını edirsiz, və mümkünsə nəticələr haqda bir balaca bölüşəsiz. 



- Böyük məmnuniyyətlə, əlbəttə ki bölüşərəm. Əgər siz etibarlı, tam düzgün və qabaqcıl diaqnostika metodunu axtarırsızsa, Biorezonans diaqnostikaya müraciət edib hər hansı bir xəstəliyin diaqnozunu artıq gecikmiş halda deyil, erkən mərhələdə aşkar edib məlumatlana bilərsiniz. Bu aparat üç böyük ölkənin istehsalıdır, və inanın ki, çox möcüzəvi funksiyaları yerinə yetirir. Onun köməyilə həm orqanizmimizin ümumi vəziyyətini müəyyən edirik, həm də gələcəkdə xəstəliyə səbəb olan gizli problemləri aşkar edirik. 
Biorezonans diaqnostika - orqanizmdə elektromaqnit dalğaların ölçülməsinə əsaslanan müasir tədqiqat metodudur. Onun köməyi ilə bütün orqan və sistemlərin funksional pozulması, allergiya, infeksiyalar, parazitlər, qurdlar və digər xəstəlikləri tam erkən mərhələdə diaqnoz edib aşkar edilir. Bu da uğurlu müalicənin faizini yüksəldir.
-Nailə xanım, çox dolğun və aydın təhlil edirsiz, bilmək istərdik bu Check Up müayinədən kimlər keçə bilər, yaş məhdudiyyəti varmı?  Cihaz təhlükəlidir yoxsa təhlükəsizdir?
- Uşaqlar və böyüklər hamısı müayinə oluna bilər, yaş məhdudiyyəti yoxdur. Cihazın orqanizma heç bir zərər vericiliyi  və təhlükəsi yoxdur, radiasiya şüalanması yoxdur, buna görə də hamı Biorezonans diaqnostikadan keçə bilər. Diaqnostika aparılması və analiz cavabların təhlili, həkim konsultasiyası tam xidmətlə sizlərə təklif olunur, və bununla sabaha sağlam canla, sağlam ruh və düşüncəylə irəliyəcəksiz.

- Necə oldu bu sahəni seçdiniz?


-Bilirsiz, mən insanları çox sevirəm, mən həyatı çox sevirəm, və mən bu həyatı gözəl görməyə çalışıram, bunlara görə də Allahıma şükür edirəm. Bu sevgi mənə gözümü bu dünyaya açıb həyatı dərk edəndən başlayıb. Hələ kiçik yaşlarımdan insanlara diqqət etməyi sevərdim, onların eyni hisslərə fərqli-fərqli reaksiyalar verdiyini izləyirdim, gücsüz zəif uşaqlara daima dəstək olurdum, onları dinləməkdən, onlara dəstək olmaqdan və kömək etməkdən xoşum gəlirdi. Yadımdadır, ibtidai sinifdə oxuyanda müəllimim həmişə çətin tərbiyə olunan, zəif oxuyan bir neçə sinif yoldaşımı mənə tapşırırdı ki onlara nəzarət edim, onlarla məşğul olum və qiymətlərini düzəltməyə kömək edim (gülümsəyir), və mən bu işə elə  ciddi yanaşırdım ki, elə bil uşaqların  müəllimiyəm və inanın, tezliklə həmin sinif yoldaşlarım gözəl nəticələr əldə edirdilər, hətta əlaçı olanları da olub. İnsanlara kömək etməyi sevirəm, insanlar da bu sevgini hiss edirlər və bu sevginin də qarşılığlnı onlardan həmişə almışam,  Bəzən çox düşünürəm biz nə üçün bu dünyaya gəlmişik, nə əldə edəcəyik yaşam dövrümüzdə və hansı iz qoyub köcəcəyik axirətə. Hər bir kəsin bu həyatda Tanrının ona ayırdığı bir rolu var, və hər kəs bu dünyada özündən sonra bir iz qoyub getməlidir, öz gözəl əməlləri ilə. Mən də xalqıma, insanlığa və insanlara sevgi və qayğıyla xidmət etmək istəyirəm. Millətimizi sağlam görmək istəyirəm. Sağlam bədən sağlam düşüncə, sağlam ruh və öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi, xalqımızın sağlam fiziki və mənəvi inkişafı deməkdir.
Millətimi sevirəm və azərbaycanlı olmağımla qürur duyuram. Ömrümü millətimə, insanlığa xidmət etməyə həsr edirəm və edəcəm, İnşallah. İnsanlara şəfa tapmaq, onların hər hansı xəstəliklərini zamanında, ən başlanğıcında, hətda ağır xəstəlikləri belə, Biorezonans diaqnostka ilə bu xəstəlikləri kökündə, başlanğıcında aşkar edib Biorezonans terapiya ilə onları sağlamlıqlarına qovuşdurmaq, bu bir insanlıq borcumdur. Sadəcə insanları maarifləndirmək lazımdır, xəstəlik onların həyatlarını məhv etmədən, onlar xıstəliyi ən erkən stadiyasında müayyən edə bilsinlər. Məqsədimiz də indi budur..
-Çox gözəl ürəyiniz var təşəkkür edirik Nailə xanım. Bəs maraqlıdır Biorezonans diaqnostikanın müddəti nə qədər olur? 
-Biorezonans diaqnostika ilə iki saatdan çox yoxlanış edirik. Və  pasientin bütün genetik xəstəliklərini, risk faktorlarını üzə çıxardırıq.

-Nailə xanım, maraqlı, məsuliyyətli, həm də şərəfli bir peşədə layiqincə çalışırsız. Bu işdə sizə dəstək kimdən gəlib?


-Təbii ki ilk olaraq ailəmdən. Bir oğul övladım var, ailəlidir. Oğlum mənim həyatımın mənasıdır. Allah bütün balaları saxlasın, mən həmişə qızım olsun istəmişəm, çünki qız övladı tam bir başqa aləmdir. Allah mənim dualarımı eşitdi, gözəl bir qız nəvəmi mənə bəxş etdi, qurban olum onun balaca şirin-şəkər canına, şükürlər olsun. Qız nəvəm, Məhin balam dünyaya gəldi, Atalı-Analı böyüsün! Amin! Bu gün işdən yorğun gedəndə Mehin balamın bir gülüşü mənə dünyaları bəxş edir. Məncə bütün xanımlar öncəliklə özləri güclü olmalıdır amma ailədən dəstək görəndə ikiqat uğur deməkdir. 

- Nailə xanım,  ᴏʀǫᴀɴʟᴀʀıɴ ᴛᴀᴍ ᴅəǫɪǫ ᴍüᴀʏiɴəsinə nə daxildir?
-Bura daxildir Ürək-Damar Sistemi, Mədə-bağırsaq traktı, Genitouriya sistemi, Bel, intervertebral diskləri, oynaqların müayinəsi, Tənəffüs sistemi, qalxanvari vəz xətəlikləri, qurd, stress və s. problemlər. Endokrin sistemi (hormonların səviyyəsini, tiroid bezinin , böyrəküstü vəzillərin, hipofiz bezinin, cinsiyyət bezlərin, mədəaltı vəzi insulin aparatının vəziyyətini müəyyənləşdirmək)
Qeyd edim ki, hazırda fəaliyyət göstərdiyim reablitasiya mərkəzinə müraciət edənlər arasında autizm sindromlu uşaqlar,  davranış pozğunluğu və əqli inkişaf geriliyi olan uşaq və böyüklər üstünlük təşkil edir. Biz bu pasiyentləri biorezonans diaqnostika edib  başladığımız terapiya ilə bir neçə senasa  çox gözəl nəticələr əldə etmişik. Hətta deyərdim ki inanılmaz nəticələr. Həmin ailələr artıq öz ümidlərini itirmişdi.  Biz onlara ümid ola bildik. Və artıq öz pasiyentlərimiz üzərində apardığımız kompleks iş- psixoloq MBT, gərəkərsə loqoped, düzgün qida rejimi tətbiqi, və s sayəsində,  nəticələrimizlə sübut etdik ki artıq xaricə üz tutmağa ehtiyac yoxdur. Kompleks iş, düzgün diaqnoz və reablitasiya çox önəmlidir. Əks halda illərlə fərqli xəstəxana qapılarında növbə gözləməkdən, yanlış diaqnoz və lazımsız müalicələrlə, xəstəlik gecikmiş vəziyyətə gəlib çatır və müalicəsi çətinləşir. Bizim də məqsədimiz insanları vaxtında düzgün diaqnostika və müalicə ilə  hər bir xəstəliyin və problemin həlli və çarəsi olduğuna inandırmaq və bunu sübut etməkdir. Biz sözümüzü əməlimizlə və nəticələrimizlə sübut edirik. Unutmayaq ki, vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək bir çox  fəsadların qarşısını alır. 

-Nailə xanım, maraqlı müsahibə alındı. Həm də maarifləndirici oldu çünki indi bəlkə də çox insan Biorezonans diaqnostika və terapiyadan xəbərsizdir. Bəs insanlarımız sizinlə necə əlaqə saxlaya bilər.
-Vaxt ayırdığınıza görə mən təşəkkür edirəm.  Maraqlananlar İnstaqram üzərindən yaza bilərlər. Və ya əlaqə nömrəmi verə bilərəm. (077 764 75 75).