NƏDƏN DANIŞIRIQSA, O BARƏDƏ REKLAMLAR QARŞIMIZA ÇIXIR-BİZİ KİM İZLƏYİR?

Bölmə: Araşdırma › ,
Tarix: 09:54 04.09.2023

    Sosial şəbəkələrdə heç bir axtarış vermədiyimiz halda və ya danışdığımız mövzu haqqında telefonumuzun interneti sönülü olsa belə, reklam xarakterli xəbərlər, postlar, storilər, videolar, şəkillər qarşımıza çıxır. Sosial şəbəkələr bizim danışdığımızı qeyd edir, yoxsa səsimiz dinlənilir? Bu bir fərziyyədir, ya həqiqət?

   Düşünülən, danışılan məhsul sosial şəbəkədə axtarılmadığı halda, necə olur ki, qarşımıza çıxır? Dünya təcrübəsində illərdir müzakirə olunan bu mövzu son zamanlarda Azərbaycanda da gündəmə gəlib. İKT Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, bu proses 10 ildir var. Amma sosial şəbəkələrdə süni intellektlə inteqrasiyadan sonra bu proses daha da təkmilləşib. “Sosial şəbəkələrdə bir var bizim gördüyümüz profillər, bir də o profilin arxa tərəfində bizim xüsusiyyətlərimizin, xarakterimizin əks olunduğu profilimiz var. Həmin o profildə bizim maraqlarımız toplanır”.

    Mütəxəssislər bunun qorxulu olmadığını, sadəcə haqqında danışdığımız məhsulların teqlər əsasında yenidən sosial şəbəkə üzərindən insanların qarşısına çıxdığını bildirirlər. “Danışıqlarımız, yazışmalarımız filterasiyadan keçir, teqlənir. Və bizim arxa profilimizdə toplanır. Və o sosial şəbəkələr həmin bu məlumatları öz korperativ məqsədləri üçün istifadə edirlər. Bütün səs yazısını saxlamaq bu artıq şəxsə yönəlik ola bilər ki, filan şəxs nəzarət altındadır, onun bütün izləri sosial şəbəkələrdə və ya başqa fəaliyyətlərin hamısı nəzarət altındadır”.

    Ekspert onu da əlavə etdi ki, toplanılan məlumatlar yalnız məhsul teqləridi. Yəni, kiminsə şəxsi həyatına aid olan informasiyalar süni intellektin maraq dairəsində deyil.

AİDA