SEPAH ERMƏNİ HƏRBÇİLƏRƏ TƏLİM KEÇİR
Bölmə: Araşdırma › ,Tarix: 12:40 04.10.2023
Molla rejimi yenə öz ampluasındadır. Rəsmi Tehran bir tərəfdən Azərbaycanla münasibətlərini düzəltməyə çalışır, digər tərəfdənsə, Ermənistanda təlimlər keçirir. SEPAH erməni hərbçilərə birdən çox hərbi bazada təlimlər keçməyə başlayıb. Bəzi silahların öyrədilməsində ermənilərə köməklik göstərir. İkibaşlı olan bu əməllərin arxasında mollaların hansı planları durur? ARB 24 TV-nin araşdırmasına görə, mollalar Ermənistan ordusuna hədiyyə etdiyi və ya satdığı dronları necə idarə etməyin yollarını öyrədir.
Hərbi ekspert Şair Ramaldanov deyir ki, əsas da, erməni hərbiçilərin ən çox çətinlik çəkdiyi, pilotsuz uçuş aparatlarının düzgün idarə olunması ilə bağlı məlumatlar öyrədilir. Erməni hərbiçiləri silahların öyrədilməsinə 3 müxtəlif hərbi bazada yer ayırılıb. Bunlardan Təbriz yaxınlığında yerləşən Şəhid Qazi Təbatəbai Döyüş Hazırlıq Məktəbi, Urmu gölünün üstündə yerləşən “Xasavan” hərbi hissəsi və “Əz-Zəhra” hərbi bazasıdır. “Ermənistanın silahlı qüvvələri var, ordusu var, onun müəyyən bir inkişafını təmin etməlidir. Döyüş hazırlığıdır, təlimlərdir, hansısa müxtlif ölkələrlə əlaqələrdir. Bu təbii bir prosesdir. O ki qaldı Azərbaycan mən düşünürəm ki, Azərbaycan öz silahlı qüvvələrini getdikcə gücləndirməlidir gücləndirirdə bu istiqamətdə çünki bu regionda yeganə sülhü qoruya biləcək güc Azərbaycan silahlı qüvvələridir”.
Analitiklərin şərhinə görə, təlimlər əslində, daha çox hərbi aspektdən Ermənistan ordusunun gücləndirilməsi üçün deyil, siyasi təbliğat məqsədilə keçirilir. Bununla bir növ Azərbaycana İranın hələ də ermənilərə dəstək nümayiş etdirdiyi siyasi mesajı göndərilir. Bu mesajın da gizli detallarına gəldikdə isə əsas hədəf Azərbaycanın inkişafının qarşısını almaqdır. Molla rejimini ən çox qıcıqlandıran bir digər məsələ də Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığının gün keçdikcə daha da inkişaf etməsidir. İran rejimi Azərbaycan-Türkiyə müttəfiqliyini özlərinə qarşı hədə kimi görür. Azərbaycanla İranın gələcəkdəki münasibətlərinin necə formalaşmasına gəldikdə isə, siyasi şərhçi
Sədrəddin Soltan hesab edir ki, bütün məsələlərdən öncə Azərbaycan tərəfin İran hakimiyyətinə etibarı və etimadı üzərindən başlamalıdır. “Hələ ki, İran tərəfi bu etimadı qazanmayıb. Yaxud ona əvvəllər aşağı yuxarı olan etibar və etimadı bərpa edə bilməyib. Ona görə də bir qədər çətinliklər olacaq. İran tərəfi Azərbaycana özünü təsdiqlətməlidir. Etibar və etimad məsələlərində onlar sonrakı addımların ardı gələcək”.
Azərbaycanın keçirilən təlimlərə və İranın hazırki siyasətinə qarşı atacağı addımları proqnozlaşdırdıqda isə, rəsmi Bakının İrana diplomatik kanallar ilə münasibətini bildirəcəyi gözlənilir.
FİDAN MAHMUDOVA