Bəzi əşyaların bilmədiyimiz xüsusiyyətləri

Bölmə: Araşdırma › ,
Tarix: 22:50 17.10.2023

1. Çantaların üstündəki kəsik yerlər

Bu çantalar ilk dəfə turistlər üçün istehsal olunmuşdur. Səyyah turistlər, bir çox əşyalarını bağlaya bilmək üçün bu kəsiklərdən istifadə edirdi.

 

2. Apple telefonlarında kamera yaxın olan nöqtə

Kameraya yaxın olan kiçik nöqtə siz telefonla danışarkən kənardakı səs-küyün səsinizə qarışmasına mane olur.

 

3. Klaviaturadakı hərflərin altındakı xətlər

Klaviauturada F və J hərflərinin altında olan xətlər, sürətli klaviautura istifadə edənlər üçün işarədir. Barmaqlarının harada olduğunu xatırladır.

 

4. İdman ayaqqabılarında olan dəliklər

Yanlarda dəlikləri olan ayaqqabı ilk dəfə basketbolçular üçün istehsal edilmişdir. Beləliklə, idmançılar ayaqqabılarını daha sıx bağlaya bilirdilər.

 

5. Spaggeti qaşığındakı dəlik

Bu dəlik, əslində bir nəfərin yeyə biləcəyi miqdarı göstərir. Yemək bişərərkən miqdarı tapmağa kömək edir.

 

Həcər Əmiraslanlı