ADI FUTBOLA YAZILSA DA BUZ ÜZƏRİNDƏ SÜRÜŞMƏYİ ÜSTÜN TUTUR

Bölmə: Araşdırma › ,
Tarix: 22:47 18.10.2023

Kiçik yaşlarından ailəsi ilə birlikdə keçmiş xokkeyçi Zaur Məmmədəliyev Qazaxıstana köçüb və orada yaşayıb. Məskunlaşdıqları regionunun iqlimi sərt olduğundan onda qış idman növlərinə maraq yaranır. O 7 yaşından etibarən peşəkar xokkeylə məşğul olmağa başlayıb. Adını futbola yazdırsalar da o buz üzərində sürüşməyi, yaşıl meydançada qaçmaqdan üstün tutur. Azərbaycanlı xokkeyçi ona ən çox verilən sualı təbəssümlə xatırlayıb.

 

 

Zaur Məmmədəliyev ötən əsrin 90-cı illərində Azərbaycanda xokkey komandası formalaşdırmağa başlayıb. Həmin vaxt Qazaxıstanda öz oyunu ilə seçilən xokkeyçilərdən olan Zaurda öz ölkəsində oynamaq üçün gəlib.

 



O vaxt Azərbaycanda xokkeyin əsası qoyulsa da bu çox davam etmir, lakin 32 ildən sonra yenidən Heydər Əliyev adına İdman - Konsert Kompleksində buz meydançası yaradılıb. Məqsəd milli xokkeyçilərin hazırlanmasıdır. Bunun yerli məşqçilərlə yanaşı xaricdən mütəxəssilər də dəvət edilib.

 

 

Heydər Əliyev adına İdman - Konsert Kompleksinin direktoru Natiq İbrahimov deyir ki, xokkeyin təbliği istiqamətində planlı işlər görülür. Əsasən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə idmanın bu növünün tanıdılması üçün məlumatlar verilir. Eyni zamanda məktəblərdə şagirdlərlərlə görüşlər keçirilir.
Natiq İbrahimov buz meydançası haqda da məlumat verib.
Bir neçə ildən sonra azərbaycanlılardan ibarət milli xokkey komandasının qrulması əsas planın mərkəzində dayanır.

 

QASIM XULUFLU