DİSLEKSİYA NƏDİR?

Bölmə: Araşdırma › ,
Tarix: 20:54 19.10.2023

"Disleksiya xüsusi öyrənmə çətinliyi və öyrənmə pozuntusu kimi bilinən problemin oxuma ila bağlı olan növünün adıdır" deyərək disleksiya haqqında məlumatı uşaq və yeniyetmə psixoloqu, refleksoloq Mənsurə Yusifova verib.

 

Psixoloq öyrənmə çətinliyinin 4 növü olduğunu deyir.
"Disleksiya - oxu pozuntusu Disqrafiya- yazı pozuntusu
Diskalkuliya- riyazi vərdişlərdə pozuntu
Dispraksiya- hərəki pozuntu.
Öyrənmə çətinliyi - şəxslərin zəka səviyyəsi normal və ya normalın üstündə olduğu halda dinləmə, anlama, düşünmə, özünü ifadə etmə, oxuma- yazma, hərəki və riyazi bacarıqlarının yaş və zəka səviyyəsinə uyğun gəlməməsidir.
- Disleksiya zəka səviyyəsi “normal və ya normalın üstündə” olan, oxuma sürəti, keyfiyyəti, oxumağı öyrənmə sürəti, oxuduğunu anlama, anlatma bacarığı yaşıdlarına və zəka səviyyəsinə müqayisədə geri olan oxuma pozuntusunun ümumi adıdır.
Avropa Disleksiya Dərnəyinə görə disleksiya: disleksiya – oxuma, hecalama və yazma bacarıqlarını mənimsəməkdə nevroloji əsaslı bir fərqlilikdir".

 

Mənsurə Yusifova disleksiyaya səbəbin məlum olmadığını əlavə edir.
"Disleksiya nəyin səbəbnolduğu tam olaraq məlum deyil. Genetik və sonradan qazanılmış formalarının olduğu bilinir.
Əgər yaxın qohumlarınızda disleksiyalı biri varsa sizin uşaqlarınızda da görülmə risqi yüksəkdir. Sonradan qazanılma isə, beyinin öyrənmə mərkəzinin hər hansı travmaya məruz qalması nəticəsində görülə bilər".

AYDAN İSAYEVA