ƏSƏBLƏRİNİZİ HANSI ÜSULLAR İLƏ İDARƏ ETMƏLİSİZ?

Bölmə: Araşdırma › ,
Tarix: 21:45 24.10.2023

Övladlarınız sizin sözlərinizə qulaq asmayanda beyninizə qan axırmı? Asanlıqla əsəbləşirsiz? Qəzəb çox təbii və sağlam bir emosional vəziyyət olsa da, nəzarət altına alınmazsa dağıdıcı ola bilər. Qəzəb püskürmələri xroniki hala gələndə bədənimizə, psixologiyamıza və yaxınlarımıza mənfi təsir göstərir, ancaq ümidsiz olmayın! Qəzəbi idarə etmək düzgün üsullarla çox asandır.
İstəyirsinizsə, qəzəbinizi idarə edə bilməyəcəyinizi hiss etdiyiniz zaman istifadə edə biləciyiniz üsullara nəzər salaq.

 

 

Qəzəblənməyə başladığınızı hiss etdiyiniz zaman nəfəs almaq üçün özünüzə vaxt verin.
Əgər qəfil tantrum yaşayırsınızsa və qan beyninizə axırsa, qısa müddətə də olsa özünüzə vaxt ayırın və diafraqmadan dərindən nəfəs alın. Özünüzə "dincəl", "hirslənəcək bir şey yoxdur", "sakitləş" kimi sakitləşdirici təkliflər verin. Qəzəbinizin sakitləşməyə başladığını hiss edənə qədər nəfəs məşqlərinə və özünüzə təkliflər verməyə davam edin.

 


Qəzəbi ifadə etmək, onu içəridə saxlamaqdan daha sağlam olsa da, bunu düzgün etmək vacibdir. Qəzəb partlayışınızın ilkin təsirləri keçdikdən və bir az sakitləşdikdən sonra, özünüzü digər insana sakit və mümkün qədər aydın şəkildə ifadə etməyə çalışın. Qəzəbinizə səbəb olan narahatlıqlarınızı və ehtiyaclarınızı digər insanı incitmədən sakit bir şəkildə ifadə etməyə diqqət edin.

 


Qəzəbinizi idman etməklə ifadə edin!
İdman və gəzinti kimi fiziki fəaliyyətlər, özümüzü daha xoşbəxt və rahat hiss edən serotonin hormonunun ifrazını artırır, həmçinin qəzəblənməyimizə səbəb olan stress və gərginliyi azaltmağa kömək edir. Qəzəbinizin artmağa başladığını hiss etdikdə, açıq havada qısa bir gəzinti etmək və ya zövq aldığınız başqa fiziki fəaliyyətlə məşğul olmaq bütün gərginliyinizi aradan qaldıracaq.
Stress səviyyənizin yüksəldiyini hiss etdiyiniz zaman qısa fasilələr verin.

 


Gün ərzində stress səviyyənizin yüksəlməsinə səbəb olan və sizi əsəbiləşdirən müəyyən hadisələr baş verirsə, belə anlarda özünüzə qısa bir fasilə verin. Bir neçə dəqiqəlik sükut öz düşüncələrinizi daha yaxşı anlamağa kömək edəcək və sizi qəzəbləndirən hadisələrin öhdəsindən gəlməyə kömək edəcək. Belə anlarda istifadə edə biləcəyiniz fərqli texnikalar üçün stressdən qurtulmanıza kömək edəcək 6 elmi təklifimizi də nəzərdən keçirə bilərsiniz.

 


Sizi qəzəbləndirən səbəblərə deyil, həll yollarına diqqət yetirin!
Əsəblərinizi narahat edən şeylərə diqqət yetirmək əvəzinə, vəziyyətin öhdəsindən necə gələ biləcəyinizi düşünməyə çalışın. Uşaqlarınızın otaqlarının daim dağınıq olması sizi dəli edirmi? Onların otağının qapısını bağlayın. Həyat yoldaşınız daim nahara gecikəndə əsəbləriniz pozulur? Yemək vaxtını bir az geriyə çəkin və ya həyat yoldaşınızla danışın və müəyyən axşamlar ayrı-ayrılıqda yeyə biləcəyinizi izah edin. Duyğularınıza fərqli prizmadan baxmağı öyrənmək, nəzarətinizdən kənarda qalan vəziyyətlərin öhdəsindən daha asan gəlməyə imkan verir.

 

ÇİNARƏ MURADOVA