Qocalıq xəstəlikdirmi?

Bölmə: Araşdırma › ,
Tarix: 21:34 26.10.2023

Hazırda dünya üzrə səhiyyə sahəsində bəzi mütəxəssislər qocalığı xəstəlik olaraq təsnif etməyə çalışır. Lakin bəs bu həqiqətən də belədirmi?

 

İnformator.az "Hürriyet"ə istinadən xəbər verir ki, türkiyəli professor Osman Müftüoğlu sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb.

 

Onun sözlərinə görə, çox sayda elmi araşdırma qocalığın xəstəlik olmadığını dəqiq şəkildə göstərib. Araşdırmalar zamanı gəlinən nəticəyə görə, 100 yaşdan daha uzun müddət yaşayan şəxslər yaşlı olduqlarına görə deyil, sahib olduqları xəstəliklərə görə dünyalarını dəyişir:

 

"Demək olar ki, bütün yaşlı insanlar qocaldığı üçün deyil, infarkt, insult, pnevmoniya və bu kimi infeksiyalar, yaxud xərçəng səbəbindən dünyalarını dəyişirlər. Belə qənaətə gəlmək olar ki, əgər yaşlı şəxslər səhhətləri ilə daha yaxşı maraqlansalar, sağlam həyat tərzi sürsələr, zərərli vərdişlərdən imtina etsələr ömürlərinin sonuna qədər sağlam həyat yaşamaq şansı qazanarlar".

 

Professor eyni zamanda sağlam həyat tərzi sürmək üçün əsas 10 maddəsini açıqlayıb. Bunlar aşağıdakılardır:

- BİR: Sağlam qidalanın.

- İKİ: Daim hərəkətdə olun.

- ÜÇ: Yuxunuza diqqət edin.

- DÖRD: Dincliyə yönəlin.

- BEŞ: Həddindən artıq çəkili olmayın.

- ALTI: Qanınızda şəkər/insülini normada saxlayın.

- YEDDİ: Qan təzyiqinizə diqqətlə nəzarət edin.

- SƏKKİZ: Qanda xolesterinin miqdarına diqqət edin.

- DOQQUZ: Spirtli içki qəbul etməyin.

- ON: Siqaretə yox deyin.

 

Müftüoğlu qeyd edib ki, mütəxəssislərin fikrincə, yuxarıda qeyd olunan maddələrdən yalnız 4-nə belə əməl etdikdə qocalıq zamanı müşahidə edilən xroniki xəstəliklərin bir çoxundan (şəkər, yüksək təzyiq, ürək-damar xəstəlikləri, insult) özünüzü qorumaq şansınız artır.