Hər gün limonlu su içsəniz bunlar olacaq
Bölmə: Araşdırma › ,Tarix: 12:04 20.11.2023
C vitamini ilə zəngin olan limon bir çox problemin həllində yardımçıdır. Hər gün limonlu su içsəniz orqanizminizdə nələr baş verdiyini bilmək istəyirsiz? Elə isə yazımızı oxuyun.
İnformator.az limonlu suyun faydalarını təqdim edir:
Çəki atmanıza kömək edir
Gündə bir dəfə limon sıxılan su içmək azı 100 kalori yandırır. Üstəlik onun tərkibindəki birləşmələr sizi gün ərzində daha tox saxlayacaq. Bu isə uzun müddətli çəki itirməyinizi təmin edəcək.
Limonlu su orqanizmi gücləndirir
Xüsusilə mövsüm dəyişikliyi insanlara mikrobların, xəstəliklərin artmasına səbəb yaradır. Limonlu sudan istifadə edərək sağlamlığınızı qoruya bilərsiniz.
Dərinizi təmizləyir
Su sağlam üz dərisinin olmasında böyük rol oynayır. Eyni zamanda limonlu su da dəri ləkələrini azaltmağa kömək edir.
Saçlarınızı canlandırır və uzadır
İsti limonlu su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır
Ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.
Həcər Əmiraslanlı