230 ildir bir rəsmdə gizlədilib-"Qadağan olunmuş" detal...

Bölmə: Araşdırma › ,
Tarix: 23:30 20.11.2023

Üstü 6 qat boya ilə rənglənən rəsmdə gizlədilən şeytan fiquru 230 il sonra bərpa işləri zamanı üzə çıxıb.

 

İnformator xəbər verir ki, 1792-ci ildə vəfat edən 18-ci əsr rəssamı Coşua Reynoldsun Şekspir səhnəsini əks etdirən rəsminin içərisində şeytan sayıla biləcək fiqur aşkar edilib. Bir insanın ölüm çarpayısının üstündə, iti dişləri olan solğun, geniş gözlü bir məxluq gizlənir.

 

"Kardinal Bofortun ölümü" adlı rəsm Milli Trest tərəfindən bəzi yoxlamalardan keçib. "National Trust" dediyi kimi iblis görüntüsü rəsm çəkildiyi zaman mübahisəli bir mövzu olub. Mətnlərdə bu cür cinlər və ya pis ruhlar haqqında yazılsa da, vizual təsvir o zaman üçün mübaliğə olduğu düşünülüb.

 

Bu detal Reynoldsun ölümündən sonra, digər rəssamlar tərəfindən təbəqələr, boya və laklar ilə gizlədilib. Bu baxımdan iki əsrdən çox müddət ərzində heç kim həmi fiqurları görə bilməyib.

 

Həcər Əmiraslanlı