“Ali təhsil müəssisələrində verilən təqaüd simvolik xarakter daşıyır”-Qoşqar Məhərrəmov
Bölmə: Sosial › ,Tarix: 20:56 01.12.2023
İnformator.az saytının tələbələr arasında təqaüdlə bağlı apardığı sorğuya əsasən, bir çox tələbələr təqaüdün qiymətindən narazıdır. Sorğuda iştirak edənlərin 62-i faizi təqaüd qiymətindən narazıdır.
Bu mövzuda təhsil eksperti Qoşqar Məhərrəmov ilə həmsöhbət olduq. Ekspertin fikrincə, ali təhsil müəssisələrində verilən təqaüd simvolik xarakter daşıyır:
“Nəinki təqaüd, həmçinin verilən maaş da simvolik xarakter daşıyır. Dövlət ali təhsil müəssisələrinin bir çoxunda müəllimlərə verilən maaş qanedici deyil. Yaxşı maaş verib, yaxşı tələblər ortaya qoyulan zaman həmin tələblərə cavab verənlər qalacaq, cavab verməyənlər ayrılacaq. O zaman ali təhsildə müəllimlərin tədris keyfiyyətini artıra bilərik. Maaş və təqaüd bir-biri ilə əlaqəlidir. Bir tələbəyə, əlbəttə, müəllimin maaşından artıq təqaüd verilə bilməz”.
Qoşqar bəy deyir ki, təqaüd tələbələrin ehtiyacının çox cüzi bir hissəsini qarşılayır: “Təqaüdləri müəllim maaşlarına paralel olaraq qaldırmaq arzuolunandır. Yaxud təqaüd artımı əvəzinə, yataqxanaların, qidaların ucuz olması, avtobus, metro xidmətlərinin tələbələr üçün endirimli olması uyğun addım ola bilər".
Sayad Qoşnalıyeva