Bir andaca yoxa çıxan tələbə təqaüdləri......

Bölmə: Araşdırma › ,
Tarix: 21:48 05.12.2023

 

   Şən, unudulmaz illər olan tələbəliyin çətin, problemli günləri də az olmur. Əsas problemlərindən biri isə maddi ehtiyacları ödəyə bilməməkdir. Tələbə təqaüdləri alındığı andaca yoxa çıxır.

 

   Təqaüdlərin məbləği hər il artırılsa da, şikayətlər bitmir. Ən son 2022-ci ilin yanvarın 1 də ali təhsil müəssələrində göstəriciləri 91-100 bal olan tələbələrə 175 manat, 71-100 bal olan tələbələrə 145 manat, 51-100 bal olan tələbələrə isə 100 manat təqaüd verilir. 

    Təhsil eksperti Adil Vəliyev şikayətlərin sayının az olması üçün tələbələrə məsləhət görür ki, daim təqaüd axtarışında olsunlar. "Özəl şirkətlər, özəl müəssisələr, dövlət müəssisələri təqaüd imkanları yaradırlar tələbələr mütləq şəkildə axtarsınlar, aktiv olsunlar yaxud təhsil aldıqları universitetdə maraqlansınlar ki, hansı təqaüd imkanları var və bundan necə yararlana bilərlər".

   Ölkəmizdəki tələbə təqaüdləri ilə yaxın qonşu ölkələrin tələbə təqüdləri arasında nə kimi fərq var? İqtisadçı ekspert Akif Nəsirli deyir ki, qonşu ölkələrdə təhsilə daha həssas yanaşılır. "Təqaüdlər büdcə imkanlarına görə uyğunlaşdırılırsa da, tələbə təqaüdlər çalışılır ki, real vəziyyətə uyğun qiymətləndirilsin və kompensasiya edilsin".

   Ekspertlər hesab edirlər ki, Elm və Təhsil Nazirliyi, eyni zamanda universitetlər də bu məsələdə maraqlı olmalı, müvafiq addımlar atılmalıdır.

 

Zeynəb Mustafazadə