Hansı ilin avtomobillərinin ölkəyə gətirilməsi dayandırlır?

Bölmə: Sosial › ,
Tarix: 22:18 06.12.2023

Nazirlər kabinetinin qərarına əsasən, 2024-cü il yanvarın 1-dən 2014 və ya ondan əvvəlki dövrdə istehsal olunmuş avtomobillər Azərbaycana idxal edilməyəcək.

 

Nəqliyyat eksperti Elməddin Muradlı bu mövzu haqqında fikirlərini informator.az saytı ilə bölüşüb.

 

Elməddin Muradlı qeyd edir ki, bu qərar Nazirlər Kabineti tərəfindən verilib və hər il yenilənmir:

 

"Bu qərar ilə avtomobilləşmənin qarşısı alınır, digər tərəfdən də yeni avtomobillərin ölkəyə gətirilməsinə yönəlmiş bir addımdır. Köhnə avtomobillərin gətirilməsinə ona görə qadağa qoyuldu ki, onlar hərəkətdə olan zaman daha çox avtoqəzalara rast gəlirik. Bu da ölüm və xəsarət hallarının sayını artırır".

 

Ekspert bildirir ki, ilin sonudur və 2014-cü ilin maşınlarını kütləvi şəkildə ölkəyə gətirirlər: 

 

"Belə baxanda, on ilə qədər icazə verilməsi özü elə müsbət bir addım idi. Avtomobilləşməyə məruz qalan, avtomobil parkını yeniləməyə çalışan bir çox ölkə beş ildən yuxarı olan maşınların ölkəyə gətirilməsini məhdudlaşdırır".

 

Ekspert gələcəkdə daha sərt qərarların verilməsinin mümkünlüyünü də ifadə edib:

 

"Məsələn, qəzalı avtomobillərin ölkəyə gətirilməsi, idarəetmə mexanizminin yeri dəyişdirilmiş maşınlar - bunlar, ümumiyyətlə olmamalıdır. Çox təəssüf ki, bu maşınların ölkəyə gətirilməsi davam edir".

 

Gülay Qəribova