Tarixdə bu gün- Çingiz Aytmatovun doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 20:20 12.12.2023

Bu gün Ümumtürk ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Çingiz Aytmatovun doğum günüdür. Çingiz Aytmatov yalnız türk xalqlarının sevdiyi yox, bütün dünya xalqları tərəfindən sevilən bir yazıçıdır.

 

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub. Atası Törəkul Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi kimi fəaliyyət göstərib. Anası, milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olub. Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmadıqdan əvvəl Şəkərə köçüblər. Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunub, 1938-ci ildə isə güllələnib. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.Böyük Vətən Müharibəsi illərində kənddə on dörd yaşlı yeniyetmə şura katibi oldu; müəllim, maliyyə agenti, kombaynçı köməkçisi və traktor sürücüsü işləyib.

Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olub, 1953-cü ildə oranı bitirib. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

 

Aytmatovun ən məşhur və ən çox sevilən əsəri isə "Gün var əsrə bərabər" əsəridir. Aytmatov bu əsərdə, Qırğız xalqının öz kimliklərini unutmasını, SSR hökumətinin minlərlə günahsız insanın ölümünə səbəb olmasını, bu və bunun kimi bir çox ictimai, siyasi problemi gün üzünə çıxarıb. Doğrusu Çingiz Aytmatov bütün əsərlərində öz xalqına milli kimliyin unudulmamasını, bunun xalqın yox olmaması üçün tək çarə olduğunu dəfələrlə göstərməyə çalışıb.

 

Aytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. Mətbuatın yazdığına görə, o, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.
10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

Yusif Mamedov