"Rusiya-Ukrayna müharibəsi SSR-Finlandiya müharibəsinin təkrarıdır"- Tarixçi alim Firdovsiyyə Əhmədova

Bölmə: Araşdırma › ,
Tarix: 09:28 14.12.2023

     84 il bundan əvvəl SSR hökumətinin Finlandiyadan bir sıra imtiyazlar və torpaq mübadiləsi tələbi yerinə yetirilmədiyindən müharibə başladı. Bu gün isə Ukrayna-Rusiya arasında eyni proses gedir. tarixçi alim Firdovsiyyə Əhmədova İnformatora açıqlamasında belə deyib. Əlavə edib ki, SSR-Finlandiya müharibəsi ilə Rusiya-Ukrayna müharibəsi arasında əsas oxşar cəhəti isə Qərb ölkələrinin bu dövlətlərə yardım vədidir.

    “O dövrdə Rusiya yardımı qəbul etmədiyi üçün Finlandiyaya müharibə elan etdi və beləliklə tərəflər arasında qanlı müharibə başladı”. Tarixçi alimin sözlərinə görə , müharibənin ilk vaxtlarında SSR soyuq hava şəraitinə görə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət SSR-nin Beynəlxalq nüfuzunun düşməsinə səbəb oldu ki, bu da gələcəkdə Hitler Almaniyasının SSR-ə müharibə elan etməsinə gətirib çıxardı. Lakin Rus-Fin müharibəsinin növbəti ilində qüvvələr nisbətinin rusların xeyrinə olması müharibənin taleyini həll etdi. “Məhz bu səbəbdəndir ki, Rusiya prezidenti Vladimir Putin hərbi tarixçilərlə görüşü zamanı Qış müharibəsi haqqında danışaraq bu məsələyə geniş yer verdi”.
Firdovsiyyə Əhmədovanın fikrincə, 84 il əvvəlki hadisələr indi Rusiya Ukrayna arasında yaşanır. “Bu müharibədə kimin qazanan tərəf olacağını bilməsək də, hər kəs məğlub olan tərəfin "İnsanlıq" olacağının fərqindədir”.

Yusif Mamedov