Xaricə ilk dəfə getmək istəyənlər nələrə diqqət etməlidirlər?

Bölmə: Araşdırma › ,
Tarix: 22:56 15.12.2023

Xaricə getmək və yeni mədəniyyətlər kəşf etmək xoş bir fəaliyyətdir, lakin hələ bu təcrübəni yaşamayanların beynində "Hansı ölkədən başlayım?”; “Xarici dilim çox yaxşı deyil, görəsən, dil problemim olarmı?" və ya "Xaricə getmək çox bahadır?" kimi suallar yarana bilər.

Bu sualların cavabı olaraq 5 məqama diqqət yetirmək lazımdır. 

 

1. Viza tələb olunmayan ölkələri seçin

Viza almaq, şübhəsiz ki, xaricə getmək yolunda ən bezdirici mərhələdir. Çox müxtəlif sənədlərin əldə edilməsi, müntəzəm olaraq bank hesabınızda pul saxlamaq və səyahət sığortası almaq kimi müxtəlif vəzifələr insanı getməmişdən əvvəl peşman edə bilər.

Əgər hələ də xaricə getməmisinizsə, ilk səfər edəcəyiniz ölkələr üçün viza tələb etməyənləri seçin. Viza tələb etməyən, çox da uzaq olmayan və gözəl vaxt keçirə biləcəyiniz çox gözəl ölkələr var. Məsələn, Serbiya, Bosniya-Hersoqovina, Gürcüstan və Ukrayna və s. kimi ölkələrə viza tələb olunmur. Bu ölkələri araşdırın və öz səyahət zövqünüzə uyğun seçiminizi edin.

 

2. Dil probleminiz olmayan ölkələri seçin

Xaricə ilk dəfə gedirsinizsə və xarici dil bilikləriniz yaxşı deyilsə, sizə məsləhətimiz odur ki, heç olmasa, ilk səfərləriniz üçün dil probleminiz olmayacaq ölkələri seçin. Bunun üçün sizə tövsiyə edə biləcəyimiz ölkələr Bosniya-Herseqovina və Makedoniyadır. Hər iki ölkə özünəməxsus təbiəti ilə sizi heyran edəcək və özünüzü evdəki kimi hiss edəcəksiniz. Küçədə, alış-veriş edərkən və ya muzeyi ziyarət edərkən istifadə edəcəyiniz yeganə dil türk dili ola bilər. 

 

3. Büdcə baxımından sizi sıxmayacaq ölkələrə gedin

Biz səyahətsevərləri narahat edən yeganə problem səyahət xərcləridir. Son zamanlar məzənnə kifayət qədər yüksək olub və xaricə getməyi çox çətinləşdirir. Amma narahat olmayın. Elə ölkələr də var ki, ora səyahət kifayət qədər münasibdir. Ukrayna, Gürcüstan, Serbiya, Bosniya-Hersoqovina, Makedoniya, Albaniya və Monteneqro bunlardan bəziləridir. 

Çox sərfəli büdcə ilə ilk səyahət təcrübənizi yaşamaq istəyirsinizsə, bu ölkələri seçə bilərsiniz. 

 

4. Asanlıqla ziyarət edilə bilən ölkələrə getməyə çalışın

Əgər ilk dəfə xaricə gedirsinizsə, bir ölkə seçmisinizsə və gedəcəyiniz ölkənin birdən çox şəhərini ziyarət etmək istəyirsinizsə, o zaman şəhəriçi və şəhərlərarası nəqliyyatın asan olduğu ölkələrə getmək daha faydalıdır. Bu baxımdan dəmir yolu nəqliyyat sistemlərinin və avtobus daşımalarının yüksək inkişaf etdiyi İngiltərə, Almaniya və İtaliya ziyarət edə biləcəyiniz ölkələr sırasındadır.

 

5. Gedəcəyiniz vaxtı düzgün müəyyənləşdirin

Bir ölkəyə doğru zamanda və mövsümdə getmək səyahətinizi daha rahat və zövqlü edəcək. Səyahət etmək istədiyiniz ölkəni müəyyən etdikdən sonra səfər edəcəyiniz vaxtda ölkənin iqlim şəraitini, görmək istədiyiniz muzey və abidələrin mövcudluğunu və ya ölkədə hər hansı siyasi problemin olub-olmadığını hərtərəfli araşdırın.

Məsələn, sarı jiletlilərin hər gün etiraz etdiyi Parisə, metro işçilərinin boykot etdiyi Londona və ya Korona virusu olan Çinə gedib sağlamlığınızı korlayıb səfərinizi məhv etməyin mənası yoxdur. Ona görə də bir ölkəyə getməyə qərar verməzdən əvvəl ölkə haqqında ətraflı araşdırma aparın.

 

Mənbə: edumag.net

Tərcümə etdi: Məryəm Abdullazadə