Tarixdə bu gün - Salatın Əsgərovanın doğum günü
Bölmə: Araşdırma › ,Tarix: 18:00 16.12.2023
Bu gün Azərbaycanın milli qəhrəmanı, Erməni Silahlı Qüvvələrinin qətlə yetirdiyi, Azərbaycanın ilk şəhid qadın jurnalisti—Salatın Əsgərovanın doğum günüdür.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açdı. Orta məktəbi əla qiymətlərlə başa vuran Salatın öz möhkəm iradəsi ilə daim yoldaşlarından seçilirdi. 1984-cü ildə ali təhsilini tamamlayan Salatın Jurnalistika sahəsinə böyük maraq göstərirdi. Bunun nəticəsidir ki, 1984-cü ildə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Əsasən Azərbaycanın torpaq bütövlüyündən danışan Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Salatından bərk nigaran qalan ailəsi onun cəbhə xəttinə getməyinə mane olmağa çalışsada buna nail ola bilmirdilər. 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya səfərə çıxan Salatın bunun son səfəri olduğundan xəbərsiz idi. Salatın 1991-ci il yanvarın 9-da erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunda pusquya düşürülür. Maşını hər iki tərəfdən atəşə tutan erməni silahlıları maşının sürücüsünü öldürürlər Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər.
Ölümündən sonra 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yusif Mamedov