Macəralarla dolu yazar -Jack London

Bölmə: Araşdırma › ,
Tarix: 20:15 18.12.2023

Cek London 12 yanvar 1876-cı ildə San-Fransisko, Kaliforniyada anadan olub. Amerikalı roman və qısa hekayələr yazarının ən məşhur əsərlərindən bir neçəsi "Vəhşətin Çağrısı" (1903) və Ağ Diş (1906) romanlarıdır. İki əsər də sağ qalmaq üçün elementar mübarizələri özündə ehtiva edir. Hələ 20-ci əsrdə o, Amerika müəllifləri arasında ən çox tərcümə edilənlərdən biri olub. London ictimai kitabxanalarda Çarlz Darvin, Karl Marks və Fridrix Nitsşenin yazıları ilə, adətən, əsərlərinə can verib. 19 yaşında o, dörd illik orta məktəb kursunu bir ilə bitirərək Kaliforniya Universitetinə, Berkliyə daxil oldu, lakin bir ildən sonra qızıl axtarışına və var-dövlət axtarışına çıxaraq təhsil həyatını tərk etdi. Növbəti il geri qayıdan, hələ də yoxsulluqla sınanan və iş tapa bilməyən Jack London yazıçı kimi çörəkpulu qazanmağa qərar verir. Jack jurnalları tədqiq edirdi və sonra gündəlik olaraq sonetlər, balladalar, zarafatlar, lətifələr, macəra hekayələri və ya dəhşət hekayələri hazırlayaraq öz nüfuzunu durmadab artırdı. Əsərin ruhuna hücum edən nikbinlik və enerji onun avtobioqrafik romanı Martin İdendə (1909) ən yaxşı şəkildə çatdırılır. İki il ərzində onun Alyaska sərgüzəştlərinin hekayələri təzə mövzusu və cəsur obrazları ilə insanların qəlblərinə yol tapdıı. Onun əvvəllər jurnallarda çap etdirdiyi hekayələr toplusu olan “Qurd oğlu: Uzaq Şimal nağılları” (1900) adlı ilk kitabı geniş oxucu kütləsi qazandı. Ömrünün qalan hissəsində London 17 il ərzində 50-yə yaxın bədii və qeyri-bədii janr kitabını tamamlayaraq davamlı şəkildə yazıb nəşr etdirdi. O, həmin dövrdə ABŞ-da ən çox qazanan yazıçı olsa da, qazancı heç vaxt xərcləri ilə üst-üstə düşmürdü və pul üçün yazmaq zərurətindən heç vaxt qurtulmayıb. O, "Snarkın səyahəti" (1911) filmindəki sərgüzəştlərindən bəhs edərək Cənubi Sakit okeana getdi. 1910-cu ildə o, Kaliforniya ştatının Qlen Ellen yaxınlığındakı ranchoda məskunlaşdı və burada özünün möhtəşəm Qurd Evini tikdi. O, demək olar ki, ömrünün sonuna kimi sosialist əqidəsini qoruyub saxladı.

Dahi yazıçı 1916 -cı ildə 40 yaşında anidən vəfat edib.

 

Tərcümə Edən:Əli Məmmədli

Mənbə:Britannica