"Apple" şirkəti peyk sisteminə yenilik gətirib
Bölmə: Araşdırma › ,Tarix: 19:34 20.12.2023
İphone 14 və ya üst modellərə sahib istifadəçilər artıq “Verizon”un yol yardım xidmətinə qoşularaq yeni özəllikdən yararlana biləcək.
"MacRumors” tərəfindən açılan dəstək səhifəsində “Apple” IOS 17.2 (və ya üst versiya) istifadəçilərinin yeni funksiyaya əlçatanlığının mümkün olduğunu deyib.Şirkət, “AAA” ilə ortaq olaraq istifadəçilərin mobil şəbəkə bağlantısının olmadığı ərazilərdə peyk yol yardımı xidmətini hələ 2022-ci ildə istifadəyə verib. “Apple” yeni iphone 14 və ya 15 alan istifadəçilərə bu xidmətdən iki aylıq pulsuz istifadə kampaniyasını və sos xidmətini istifadəyə verib .”AAA” ilə ortaq yaradılan xidmətin əlavə funksiyaları da mövcuddur. “Verizon”un yardım layihəsi “Allstate” şirkətinə aid “Signature Motor Club” tərəfindən idarə olunur. Başqasına aid avtomobildən istifadə zamanı belə hər hansı problemlə qarşılaşdıqda xidmətin yardımı hər an açıq olur. “Verizon” şəbəkə başına aylıq 4.99 dollar abunəlik təqdim edir.
Əli Məmmədli