Telefon alarkən nələrə diqqət etmək lazımdır?-Mütəxəssis açıqladı
Bölmə: Araşdırma › ,Tarix: 20:24 20.12.2023
"Saxta telefon alaraq aldanmaq hər birimizin düşə biləcəyi bir vəziyyətdir". Bu sözləri İnformator.az-a açıqlamasında IT mütəxəssis Fərhad Mirəliyev deyib. Mütəxəssis bildirir ki, xüsusilə 2-ci əl kimi satılan telefonlarda bu məslə diqqət tələb edir.
"Keçən ilki araşdırmanın nəticələri bəlli edir ki, ən populyar saxta telefonlar Apple məhsulları deyil, saxta Samsung telefonlarıdır. Xiaomi, HUAWEI və digər Çin markalarının cihazlarının saxtalaşdırılması da kifayət qədər mövcuddur. Bu baxımdan, saxta cihaz satmağa can atan fırıldaqçıların qurbanı olmamaq üçün hər kəs telefonun orijinallığını necə yoxlamaq lazım olduğunu bilməlidir.
Telefonlarda görünüş əsas məqamdır, çünki geri qaytarmaq ehtiyacı olduqda, satın almadan əvvəl cızıqların və ya digər qüsurların sizdən əvvəl yarandığını sübut etmək çətin olacaq. Plastik hissələrə xüsusi diqqət yetirmək lazımdır. Aşağı və orta qiymət seqmentlərindən olan smartfonlarda təkcə arxa paneli deyil, həm də yan hissələri plastikdən hazırlanır. Künclər kifayət qədər tez bozarır. Metal hissələri də mikrocızıqlara qarşı diqqətlə yoxlamaq lazımdır".
Fərhad bəy telefonların orijinallığını necə yoxlamaq lazım olduğunu qeyd edib.
"Orijinallığın yoxlanılması üçün əvvəlcə smartfonunuzun IMEI-ni (identifikasiya nömrəsini) öyrənin. Bu *#06# kombinasiyasından istifadə etməklə edilə bilər. İki SİM-li telefonlar üçün iki IMEI olacaq. Ekranda görünən kodları telefonun qutusunda oxşar olanlarla müqayisə edin - onlar uyğun olmalıdır. Bəzi istehsalçıların rəsmi veb saytında yoxlama var.Məsələn, Xiaomi həqiqətən sertifikatlaşdırılmış məhsul satın aldığınızdan əmin olmağa imkan verir.
Bundan başqa müyyən istehsalçılar öz məhsullarına bir neçə illik beynəlxaq və ya regional dəstək ( zəmanət ) xidməti göstərirlər. İstehsalçının saytında telefonun seriya nömrəsini qeyd edən zaman hansı region üçün nəzərdə tutulduğu, nə vaxt aktivləşdirildiyi və s. məlumatlar əldə etmək mümkün olur".
Aydan İsayeva