“Warner Bros.” və “Paramount” yayım ortaqlığı edəcək?
Bölmə: Araşdırma › ,Tarix: 19:39 21.12.2023
"Warner Bros." və "Paramount" yayım ortaqlığı edə bilər. Ortaqlıq barəsində ilk addımı “Warner Bros. Discovery”nin Baş İcraçı Direktoru David Zaslav atıb.
Zaslav Dekabrın 19-da “Paramount” şirkətinin Baş İcraçı Direktoru Bob Bakish ilə görüşdüyünü deyib. İclasın “Paramount”un Times meydanındakı ümumi mərkəzdə baş tutduğu və iki direktorun şirkətlərin bir-birini necə tamamlayacaqlarını müzakirə etdiyi bildirilib. Bu ortaqlıq” Disney Plus” və “Netflix” kimi yayım rəqibləriylə rəqabət etmək üçün “Max” və “Paramount Plus”u birləşdirməklə nəticələnə bilər.
Ortaqlıq baş verərsə, “Warner Bros. Discovery”nin “Paramount” və ya “National Ausements” ilə birləşəcəyi tam bilinmir.
Əli Məmmədli