Narın faydaları nələrdir?
Bölmə: Araşdırma › ,Tarix: 21:49 21.12.2023
Narın sağlamlıq cəhətindən bir çox faydaları var. Narın tərkibində demək olar ki, bütün antioksidan maddələr var. Narın faydaları nələrdir?
Qanda meydana gələ biləcək oksidləşmənin qarşısını alır. Tərkibindəki antioksidantlar sayəsində bu prosesi həyata keçirir. Qrip viruslarının məhv edilməsini təmin etdiyi üçün qrip infeksiyalarına qarşı çox təsirlidir. Ağciyərlərə və boğaza xeyirlidir. Nar ekstraktının antibiotiklərlə birlikdə istifadəsi davamlı bakteriyaları öldürür. Öskürəyə xeyirlidir. Xərçəng hüceyrələri ilə mübarizə aparır və onların ölməsinə səbəb olur, beləliklə xərçəngin yayılmasını ləngidir. Damarların tıxanmasının qarşısını alır və beləliklə, ürək-damar sağlamlığını qoruyur. Şəkər və xolesterini balanslaşdırır.
Bir çox xəstəliklərin müalicəsində istifadə edilə bilər. Onun köklük, xolesterin, şəkər, ürək, immun sistemi, yorğunluq və bir çox başqa xəstəliklərə faydalı olduğu məlumdur. Narın faydaları saysız-hesabsızdır. Tərkibində demək olar ki, bütün antioksidan maddələr var. Vitamin və minerallarla zəngindir.
Fatimə Mustafayeva
Mənbə: CNN Türk