Şərqin son fatehi-Nadir şah Əfşar

Bölmə: Araşdırma › ,
Tarix: 22:10 21.12.2023

Nadir şah 1689-cu ilin noyabrında Dərgəzdə dünyaya gəlib. Nadir hələ uşaq yaşlarında çevikliyi və zəkası ilə öz yaşıdlarından fərqlənirdi. Nadirin hekayəsi çobanlıqdanşahlığa uzanan yoldur.

 

Onun əcdadları hələ I İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülüblər.  Hələ on səkkiz yaşı tamam olmayanda o, anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir.

Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. 

 

XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və Şərq hissəsi əfqan işğalı altına düşüb. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunub. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başladı, 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirdi. Bu vəziyyətin altından yalnız qalxa bilməyəcəyinı anlayan II Təhmasib O zamanlar məşhur olan, xalq və ordu tərəfindən sevilən Nadir xana müraciət edir. 

 

Nadir öz ordusuna güvənirdi. Təhmasibin şahlığını qəbul edən Nadir öz ordusu ilə ilk olaraq əfqanların üzərinə yürüşə başladı. Nadirin bu döyüşdə qələbə qazanması Osmanlıları narahat edir və onlar Əşrəfə yardım üçün böyük bir qoşun göndərdilər. Birləşmiş qüvvələri 1729-da ağır məğlubiyyətə uğradan Nadir beləliklə keçmiş Səfəvi hüdudlarını bərpa etmək üçün bir mübarizəyə başladı. Əfqanları məğlub etdikdən sonra Nadir Osmanlı qoşunlarını dəfələrlə ağır məğlubiyyətə uğradıb. Nadirin uğurlarından narahat olan Təhmasib, Nadirdən xəbərsiz Osmanlı üzərinə yürüşə çıxır və məğlub olaraq geri döndü, bundan xəbər tutan Nadir Təhmasibi taxtdan endirdi və onun kiçik yaşda olan oğlunu Kiçik Abbası hakimiyyətə gətirdi. Bununla da Nadir dövlətdə idarəçiliyi tam əlinə aldıqdan sonrakı 4 il ərzində Nadir bütün keçmiş Səfəvi sərhədlərini bərpa edir və 1736-cı ildə Soquvuşanda özünü Şah elan edir. 

 

Özünə güvəni tam olan Nadir Hindistanda gizlənən Əfqanları Məhəmməd Şahdan tələb etdi. Rədd edilən Nadir Məhəmməd Şaha qulaq burması vermək üçün Hindistana səfərə çıxır və Hindistanın bir hissəsini fəth etdi. Beləliklə, Əfşarlar imperiyası öz gücünün zirvəsinə çatır və bu zirvə onun sonunun başlanğıcı olur. Aramsız müharibələr, vergilərin çoxluğu, Nadir Şahın sərt xarakteri onun əleyhinə üsyanlara səbəb oldu. Nadir sonrakı şahlıq illərində öz sarayında otura bilmir, onun şahlıq illəri ancaq üsyan yatırmaqla keçirdi. Bu üsyanları yatıran Nadir bir gün Xəbuşan yaxınlığında ordusu ilə bir düşərgə qurur. Bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də qurulan düşərgədə Nadir Şah sonuncu gecəsini keçirdi.. O gecə əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirildi. Nadirin ölümüylə Azərbaycan kiçik kiçik dövlətlərə, xanlıqlara parçalandı. Bununlada Azərbaycan tarixinin qara günləri başlamış və əsrlərlə davam edən yadelli işğallarına Azərbaycan birlik olmadığı üçün mane oluna bilmədi.

 

Yusif Mamedov