Azərbaycanın quran dahi-Məhəmməd Əmin Rəsulzadə
Bölmə: Araşdırma › ,Tarix: 23:54 22.12.2023
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub. O, ilk təhsilini İkinci Rus-Tatar məktəbində alıb, sonra Bakı-Texniki məktəbinə daxil olub. Burada bir qədər oxuduqdan sonra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəldib.
1909-1913-cü illər arasında Məhəmməd Əmin Rəsulzadə İrana, oradan isə Türkiyəyə gedərək geniş fəaliyyət göstərir. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvdən sonra M.Ə.Rəsulzadə Bakıya qayıda bilir.
1918-ci ilin may ayının 27-də Seymin Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun sözlərinə görə, Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Cümhuriyyət dövründə çox böyük işlər görən M.Ə.Rəsulzadə Sovet işğalından sonra Ailəsini yanına ala bilmədən xaricə mühacirət etmək məcburiyyətində qalır. Ömrünün sonuna kimi vətənə qayıda bilməyən bu böyük şəxsiyyət qürbətdə şəkər xəstələyindən vəfat etdi. Ölərkən belə dilindən Azərbaycan sözləri eşidilən bu şəxsi Azərbaycan xalqı hörmətlə anır.
Yusif Mamedov