Qış aylarının əvəzolunmaz çayı olan zəncəfilin faydaları
Bölmə: Araşdırma › ,Tarix: 19:52 02.01.2024
Qışın gəlişi ilə soyuq havalar qrip kimi soyuqdəymələrə yol açır. Qış çayları arasında xüsusi əhəmiyyət kəsb edən zəncəfilin vətəni Cənub-Şərqi Asiyadır. Hindistan və Qərbi Afrikada yetişdirilən zəncəfil tropik bölgələrdə yetişir. Zəngin kalium, manqan, maqnezium, fosfor, kalsium və dəmir mənbəyi olan zəncəfil yüksək lif tərkibindən ibarətdir. Bundan əlavə, zəncəfil yüksək miqdarda folat, mis, sink natrium mineralları və C, E və B6 vitaminlərini ehtiva edir. Tərkibindəki bütün vitamin və minerallarla bir çox xəstəliklərin müalicəsində orqanizmə dəstək olur.
Zəncəfil Çayının Faydaları Nələrdir?
Zəncəfil çayı bədəndən toksinləri çıxarır və orqanizmi infeksiyalardan qoruyur.Təbii ağrı kəsici olan zəncəfil çayı soyuqdəymə əlamətlərinin müalicəsində təsirli olur. Bundan əlavə, zəncəfil çayı boğaz ağrısı və baş ağrısına qarşı faydalıdır. Zəncəfil çayı bağırsaqdakı zərərli bakteriyaları təmizləməyə kömək edir. Bəlğəmgətirici təsiri olan zəncəfil çayı ağciyərlərin rahatlamasını dəstəkləyir və öskürəni azaldır. İmmun sistemini dəstəkləyərək qrip infeksiyalarına qarşı bədənin müqavimətini artırır. Zəncəfil çayı diş ağrısına qarşı ağrı kəsici təsir göstərir.
Zəncəfil çayının zərərləri nələrdir?
Bütün bitki mənşəli məhsullarda olduğu kimi, zəncəfilin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə şəkər xəstəliyi, böyrək, qaraciyər, ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərdə zəncəfil çayını ehtiyatla qəbul etmək tövsiyə olunur. Həddindən artıq qəbul edildikdə ağız nahiyəsində qıcıqlanma, sinədə yanma və ishala səbəb ola bilən zəncəfil çayı xüsusi şəkildə hamiləlik və laktasiya dövründə həkimə müraciət edilərək qəbul edilməlidir. Eyni şəkildə, öd daşı problemi olanlar üçün zəncəfil çayı təhlükəli ola bilər. Qan durulaşdırıcı təsiri olan zəncəfil çayını əməliyyatdan əvvəl qəbul etmək də zərərlidir.
Fatimə Mustafayeva
Mənbə: Nefis yemek tarifleri