Unudulmuş Şəxsiyyətlər-Rüstəm Şıxlinski
Bölmə: Araşdırma › ,Tarix: 21:02 03.01.2024
Rüstəm Şıxlinski 1878-ci ildə Qazax qəzasında anadan olub. O, general-mayor Cavad bəy Şıxlinskinin qardaşı, general-leytenant Əliağa Şıxlinskinin qardaşı oğludur. Öz həvəsi və ailəsinin təsiri ilə Hərbiyə yönələn Rüstəm, Peterburqda Mixaylov Topçuluq Məktəbində oxuyub. Hərbi təhsilini bitirdikdən sonra I Qafqaz Ordu Korpusunun 39-cu artilleriya briqadasında podporuçik rütbəsində xidmət edib. Birinci Dünya müharibəsində Qafqaz korpusunun artilleriya bölməsinin zabiti və tatar polkunun tərkibində iştirak edib. Müharibədə göstərdiyi igidliyə görə IV dərəcəli "Müqəddəs Anna", "Müqəddəs Georgi", IV dərəcəli "Müqəddəs Vladimir" ordenləri və "İgidliyə görə" medalı ilə mükafatlandırılıb.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Rüstəm Şıxlinski Bakını işğaldan azad etmək üçün Qafqaz İslam Ordusuna qatılır. Rüstəm həmçinin Azərbaycan ordusuna daxil olan hərbçiləri peşəkarlıq səviyyəsini artırmaq, yeni vətəndaşları orduya cəlb etmək üçün yaradılmış Gizirlər Məktəbinə müxtəlif zamanlarda Şirin bəy, Aleksandr Çxeidze ilə birlikdə rəhbərlik edib. O, burada topçu hissələrinin təşkil edilməsinə çalışıb və buna nail olub.
Aprel ayında Azərbaycanın Qızıl Ordu tərəfindən işğalını qəbullanmayan Rüstəm Şıxlinski 1920-ci ildə Gəncədəki may üsyanına qatılır. Lakin üsyan yatırılır və Rüstəm həmin il bolşeviklər tərəfindən güllələnir.
Rüstəm Şıxlinski gözünü qırpmadan öz həyatını vətəni üçün fəda edən qəhrəmanlardandır. Azərbaycan xalqı bu qəhrəmanları heç vaxt unutmamalıdır.
Yusif Mamedov