Dünyanın ən uzun filmi
Bölmə: Araşdırma › ,Tarix: 21:02 08.01.2024
Filmlərə baxmaq demək olar ki, bir çox insanın zövq aldığı fəaliyyətlərdən biridir. Bəzən öyrənmək, bəzən gülmək, bəzən də qorxmaq üçün baxdığımız filmlər adətən 3 saatı keçmir. Ancaq 2012-ci ildə çəkilmiş bir film filmin müddətini alt-üst etdi və dünyanın ən uzun filmi oldu.
“Logistika” filmi dünyanın ən uzun filmi olmaqla yanaşı, bütün dünyanın ehtiyac duyduğu, lakin xəbərsiz olduğu bir prosesi də diqqətçəkən şəkildə ekranlara gətirir. Nəzərə alsaq ki, dünya yüklərinin böyük hissəsi dəniz yolu ilə daşınır, bu prosesin belə parlaq nümayişi bütün dünyada rezonans doğurdu.
“Logistika” filmi haqqında ümumi məlumat:
Dünyanın ən uzun filmi olan "Logistika" filmi iki isveçli rejissor Erika Magnusson və Daniel Andersson tərəfindən çəkilib. Film 2012-ci ildə buraxılıb və 35 gün davam edir.
Film 2010-cu ildə yola çıxan konteyner gəmisinin dünya turundan bəhs edir. Filmdə gəminin getdiyi ölkələrin logistika sənayesində və gəminin marşrutu boyunca yerləşən limanlarda çalışan insanlarla müsahibələr yer alır. Bundan əlavə, filmdə gəminin yüklənməsi və boşaldılması zamanı yaşanan çətinliklər, logistika sektorundakı texnoloji inkişaflar və davamlılıq məsələlərindən də bəhs edilir.
“Logistika” filmi logistika sənayesinin əhəmiyyətini, mürəkkəbliyini və qlobal ölçüsünü vurğulamaq üçün çəkilmişdir. Film logistika sektorunun bir çox detallarını və aktual problemlərini əhatə etməklə yanaşı, sektorun inkişafı və gələcəyi haqqında da təsəvvür yaradır. Dünyanın bir çox kinofestivalında nümayiş etdirilən “Logistika” uzunluğu və mövzusu ilə logistika sənayesində yeni cığır açıb.
Mənbə: globelink-unimar.com
Tərcümə etdi:Gülnisə Əfkari