Mütəxəssislərdən yemək borusu xərçəngi hallarının artmasına qarşı xəbərdarlıq: Siz çay deyil, xərçəng içirsiniz!

Bölmə: Araşdırma › ,
Tarix: 19:48 23.01.2024

Atatürk Universiteti Tibb Fakültəsinin Prof. Dr. Atilla Eroğlu Şərqi Anadoluda çox rast gəlinən qida borusu xərçəngi ilə bağlı müxtəlif universitetlərdən 4 akademiklə araşdırma aparıb.

 

Tədqiqat çərçivəsində 25 il ərzində qida borusu xərçəngi diaqnozu qoyulmuş 742 kişi və 720 qadının məlumatları araşdırılıb. Bu xəstələrin 85 faizinin çayı çox isti içdiyi müəyyən edilib.

 

İSTİ ÇAY XƏRÇƏNGƏ SƏBƏB OLUR!

 

Prof.dr. Atilla Eroğlu çayın müxtəlif faydaları ilə yanaşı, orqanizmə müəyyən zərərlərinin də olduğunu bildirib. Suyun 94-95 dərəcə qaynadığını, stəkana töküldükdə və əlavə şəkər əlavə edilib qarışdırıldıqda bu temperaturun 83-85 dərəcəyə düşdüyünü bildirən Əroğlu: “Bu temperaturda çay belə əli yandırır. Tövsiyəmiz deyildiyi kimi gündə 5-6 stəkan yüngül su içməkdir. İlıq çay için, amma isti çay içməyin. İsti çay istehlakı xərçəngə səbəb olur. Xəstəlik ağız, udlaq və yemək borusu bölgələrində ən çox rast gəlinir",- dedi.

 

Hüceyrə Dəyişikliklərinə səbəb ola bilər!

 

Eroğlu, 85 dərəcədə istehlak edilən çayın selikli qişalar kimi həssas həzm sistemlərində ciddi yanıqlara və hüceyrə dəyişikliklərinə səbəb olduğunu ifadə etdi.

 

"İsti çay həzm sistemindəki baryeri məhv edir və xərçəngə səbəb olur. Çay 65 dərəcədən aşağı içilməlidir. Çayı stəkana tökdükdən sonra 3-4 dəqiqə gözləmək lazımdır. 25 il davam edən elmi araşdırmamızda, çayın təsirləri və yemək borusu xərçənginin çox rast gəlindiyini araşdırdıq, ən vacib səbəbin isti çay istehlak olunmasında, 85 dərəcənin üstündə içilən çayın 65 dərəcənin altında içilən çayla müqayisədə 8 qat daha yemək borusu xərçəngini artırdığını elmi araşdırma olaraq sübut etdik. Xahiş edirik çayı ilıq için".

 

Mənbə:HaberTürk

Tərcümə etdi:Banuçiçək Kalbalıyeva