“Tesla” uyğun qiymətli avtomobilini satışa çıxaracaq
Bölmə: Araşdırma › ,Tarix: 17:05 25.01.2024
“Tesla” uzun müddətdir ki, “büdcə dostu” avtomobil üzərində çalışır. Yeni modelin qiymətinin 25 min dollar olacağı bildirilib.
Şirkətə yaxın mənbələr “Tesla”nın yeni modelini 2025-ci ildə təqdim etməyə hazırlaşdığını qeyd ediblər. Kod adı “Redwood” olan model kompakt krossover avtomobil sinfinə daxil edilib. ”Redwood”un həftədə 10 min ədəd satılması planlaşdırılıb. Bu istehsal miqyasına nail olunarsa, “Redwood” modeli “Tesla” üçün illik 50 faizlik artım hədəfinə çatmaq üçün çox vacib amil olacaq. Bu addım əslində “BYD”nin “Tesla”nı üstələdikdən və dünyanın ən böyük elektrik avtomobil istehsalçısına çevrildikdən sonra baş verib.
Əvvəlki xəbərlər göstər ki, “Tesla”nın qurucusu Elon Musk Almaniyadakı Gigafactory Berlinə gedib və sərfəli model haqqında məlumat alıb. Müvafiq olaraq, Musk öz işçilərinə bildirdi ki, ucuz elektrik avtomobil bazarından daha çox pay alınmalıdır.
Əli Məmmədli