Tarixdə bu gün- Aleksandr Puşkinin ölüm günü

Bölmə: Araşdırma › ,
Tarix: 19:56 29.01.2024

Bu gün böyük rus şairi, müasir rus ədəbi dilinin banisi, rus realist istiqamətinin əsasını qoyan Aleksandr Sergeyeviç Puşkinin ölüm günüdür.

 

Aleksandr Sergeyeviç Puşkin, 26 may 1799-cu ildə Moskva şəhərində dünyaya gəlib. O, dünya ədəbiyyatının ən böyük şairlərindən kimi tanınır.  Yaşadığı dövrün siyasi atmosferi onun ictimai mövzulara marağını artıraraq  müstəsna ədəbiyyat əsərləri yaratmasına səbəb olub.

 

Puşkinin əsərləri, müxtəlif janrlarda olan, lakin hər birində özünəməxsus bir təcrübəni ifadə edən əsərlərdir. "Ruslan və Lyudmila", "Kapitan qızı", və ən məşhur əsəri "Yevgeni Onegin" bu əsərlərdən sadəcə bir neçəsidir. "Yevgeni Onegin" şairin özündə dünya ədəbiyyatının ən maraqlı roman poemalarından biri hesab olunur və tənqidçilər onun romantik elementləri, hümanizmi və satirik üslubunu tərif edirlər. Puşkin həmçinin Şərq mövzusundakı əsərlərində qəzəl formasından da istifadə edib.

 

1834-cü ildə Peterburqa gələn fransız baron Jorj Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Bu səbəbdən Puşkin Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, 1837-ci il yanvarın 27-də duel baş tutur. Puşkin qarnından ölümcül yaralanır və 2 gündən sonra 1837-ci il yanvarın 29-da vəfat edir.

 

Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir.

 

Yusif Mamedov